DÇ-2022: Pley-off mərhələsinin püşkü atıldı, Türkiyə arzuolunmaz rəqiblə

2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.
Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi C yolunda mübarizə aparacaq. "Ay-ulduzlular" yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq. Ştefan Kuntsun baş məşqçi olduğu kollektiv finala yüksələcəyi təqdirdə İtaliya - Şimali Makedoniya cütünün qalibini evdə qəbul edəcək.
DÇ-2022, pley-off mərhələsi
A yolu
Yarımfinal
1. Şotlandiya - Ukrayna
2. Uels - Avstriya
Final
2 cütünün qalibi - 1 cütünün qalibi
B yolu
Yarımfinal
1. Rusiya - Polşa
2. İsveç - Çexiya
Final
1 cütünün qalibi - 2 cütünün qalibi
C yolu
Yarımfinal
1. İtaliya - Şimali Makedoniya
2. Portuqaliya - Türkiyə
Final
2 cütünün qalibi - 1 cütünün qalibi
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24 martda, final matçları isə 29 martda baş tutacaq.
Oxşar xəbərlər
"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu
UEFA Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Az...