Nani karyerasını Qazaxıstanda davam etidrəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya futbolunun tanınmış simalarından olan Luiş Nani karyerasını bitirmək qərarından geri dönüb. Vaxtilə "Mançester Yunayted"in və Portuqaliya millisinin əsas oyunçularından sayılan 39 yaşlı vinger Qazaxıstanın "Aktobe" klubu ilə razılığa gəlib.
BAKU.WS xəbər verir ki, Nani Qazaxıstan təmsilçisi ilə 2026-cı ilin sonunadək müqavilə imzalayıb.
Onun aylıq maaşının təxminən 70 min dollar olacağı bildirilir ki, bu da ölkə çempionatı üçün rekord göstərici hesab olunur.
Qeyd edək ki, Nani ötən ilin dekabrında "Estrela Amadora"dan ayrıldıqdan sonra futboldan getdiyini açıqlamışdı. Ulduz futbolçu karyerası ərzində "Mançester Yunayted"lə Çempionlar Liqasının qalibi olub, Portuqaliya millisi ilə isə 2016-cı il Avropa çempionu adını qazanıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...