"M.Y."də Erik ten Haqı əvəz edəcək 3 namizəd bəlli oldu

07
mar
2024
15:46
"Mançester Yunayted" yeni mövsümə baş məşqçi dəyişikliyi ilə başlaya bilər.
BAKU.WS-in xəbərinə görə, bu barədə "ESPN" nəşri yazır.
Erik ten Haqın mövsümün sonunda vəzifəsini tərk edəcəyi təqdirdə onu əvəz edə biləcək üç namizəd açıqlanıb.
Namizədlərin "Brayton"un baş məşqçisi Roberto De Zerbi, "Brentford"un baş məşqçisi Tomas Frank və İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt olduğu bildirilib.
"Liverpul", "Bayern" və "Barselona"da baş məşqçi axtarışlarının davam etdiyi üçün, "Mançester Yunayted"in fərqli planlar üzərində işlədiyi qeyd olunur.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...
