Milli komandamız finala vəsiqə qazanıb

Milli komandamız finala vəsiqə qazanıb
Foto Video
İdman 30

12 iyun 2026-cı il tarixində Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının yarımfinal mərhələsində Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıblar.

BAKU.WS xəbər verir ki, böyük maraqla izlənilən görüşdə Azərbaycan millisi yüksək oyun intizamı, əzmkar mübarizəsi və üstün performansı ilə seçilib.

Qarşılaşma boyunca oyuna nəzarəti əlində saxlayan komandamız rəqib qapısından 3 cavabsız top keçirərək Uruqvay millisi üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

Qazanılan möhtəşəm qələbə nəticəsində Azərbaycan millisi Çövkən üzrə 2-ci dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, komandamız dünya çempionluğu uğrunda həlledici mübarizəyə yüksələrək Azərbaycanın idman salnaməsinə növbəti parlaq səhifə yazıb.

Final görüşündə milli komandamızın əsas hədəfi ölkəmizə dünya çempionluğu titulunu qazandırmaq olacaq.

Eyni zamanda, 12 iyun 2026-cı il tarixində Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının digər yarımfinal mərhələsində Çili və Niger milli komandaları qarşılaşıblar.

Qarşılaşmanın taleyini həll edən yeganə qola imza atan Çili komandası Niger millisi üzərində 1:0 hesablı qələbə qazanıb.

Bu nəticə ilə Çili millisi Çövkən üzrə 2-ci dünya çempionatının final mərhələsinə vəsiqə əldə edib.

Beləliklə, turnirin həlledici görüşündə Azərbaycan və Çili milli komandaları üz-üzə gələcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər