Messinin ilk müqaviləsinin imzalandığı salfet hərraca çıxarılır - FOTO
Lionel Messinin 13 yaşında ikən "Barselona" ilə ilk müqaviləsini bağladığı salfet 380 min dollardan başlayan qiymətə hərraca qoyulur.
BAKU.WS xəbər verir ki, salfet mart ayında İngiltərənin Bonhams hərrac evi vasitəsilə satışa çıxarılacaq.
2000-ci ilin dekabrında imzalanan salfetdə Barselonanın o vaxtkı direktoru Karles Rexaçın, həmçinin İspaniya klubunun transfer məsləhətçisi Xosep Minquella və Messini tövsiyə edən menecer Horasio Qaqqolinin imzaları var.
Salfetin üzərində mavi mürəkkəblə yazılmış müqavilə belədir:
"Barselonada, 14 dekabr 2000-ci ildə Minguella və Horasionun iştirakı ilə, “FC Barcelona”nın idman direktoru Karles Rexaç, öz məsuliyyəti ilə və hər hansı etiraza baxmayaraq, bununla razılaşır: Razılaşdırılmış məbləğə əməl etmək şərti ilə Lionel Messi ilə müqavilə imzalayacağıq”.
Həmin imzadan 1 ay sonra Messi "Barselona"ya keçib və burada tarix yazıb.
O, Katalon təmsilmisində 16 yaşında debüt edib və 778 matçda 672 qol vurub.
Hazırda 36 yaşında olan Messi 2021-ci ildə PSJ-yə getməzdən əvvəl “Barselona”da 10 La Liqa və dörd Çempionlar Liqası titulunu qazanıb.
Oxşar xəbərlər
Qvardiola Maradona ilə Messini müqayisə etdi
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola əfsanəvi futbolçu Dieqo Maradona ilə "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messini müqayisə...