Messindən Azərbaycana qarşı gözlənilməz qərar

Messindən Azərbaycana qarşı gözlənilməz qərar
İdman 8846
Argentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı müəyyənləşib."Vanguard" nəşrinin verdiyi məlumata görə, bu komandalarla oyunun keçirilməsini Cənubi Amerikadan olan kollektivin, Lionel Messi başda olmaqla, aparıcı oyunçuları istəməyiblər.Xəbərdə bildirilir ki, Argentina Futbol Assosiasiyası (AFA) gələn il Nigeriya ilə nəzərdə tutulan yoldaşlıq görüşündən əvvəl Azərbaycan və ya Ukrayna ilə qarşılaşmaq niyyətində olub. Bu istək hər iki ölkənin 2018-ci il dünya çempionatının keçiriləcəyi Rusiyaya yaxınlıqdan irəli gəlib. Lakin danışıqların müsbət məcrada davam etdiyi vaxt aparıcı futbolçular ilk növbədə Nigeriya ilə üz-üzə gəlməyi məqsədəuyğun sayıblar.AFA-nın baş məşqçi ilə danışdıqdan sonra kapitan vasitəsilə futbolçularla məsləhətləşməsinin səbəbi isə əksər oyunçuların uzaq yol qət etmələrindən irəli gəlib. Oyunçulara ilk yoldaşlıq görüşü üçün Nigeriya, Azərbaycan və ya Ukrayna variantları arasında seçim etmələri təklif olunub. Lakin komanda üzvləri Nigeriya variantında israr ediblər.Qeyd edək ki, Argentina - Nigeriya matçı noyabrın 14-də Krasnodarda keçiriləcək. Artıq hər iki ölkə dünya çempionatına vəsiqəni təmin edib.ReportBAKU.WS

Oxşar xəbərlər

Messi 3 qol vurdu, Argentina Dünya Çempionatına gedir (VİDEO)

Messi 3 qol vurdu, Argentina Dünya Çempionatına gedir (VİDEO)

Dünya Kuboku Cənubi Amerika Seçmələri final matçında Argentina Ekvador millisi ilə qarşı-qarşıya gəlib. BAKU.WS-in məlumatına görə, matçda Argentinanın ulduzu M...

1807 İdman 10:45 11 oktyabr 2017

Son xəbərlər