Messi və Ronaldo şahmat taxtası arxasında

Messi və Ronaldo şahmat taxtası arxasında
İdman 342

Messi və Ronaldo arasındakı rəqabət futbol meydançalarından da kənara çıxıb.

Ulduz oyunçular bu dəfə şahmat taxtası arxasında qarşılaşıblar.

Hər iki hücumçunun eyni vaxtda instaqram hesablarında etdikləri paylaşımlar reklam xarakteri daşıyıb.

Qeyd edək ki, futbolçular ilk dəfədir ki, birgə reklamda görüntülənir.

İstifadəçilər tərəfindən maraqla qarşılanan görüntülər amerikalı fotoqraf Anna Leybovits tərəfindən çəkilib.

Hər iki futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qatılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər