Messi məşqçi olmaq istəmədiyini açıqlayıb
Argentina millisinin və dünya futbolunun ulduzu Lionel Messi gələcəkdə məşqçi kimi fəaliyyət göstərməyi planlaşdırmadığını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Ole" nəşri məlumat yayıb.
"Düzünü desəm, özümü məşqçi kimi görmürəm. İdarəetmə sahəsi mənə daha maraqlıdır, amma seçim etməli olsam, klub sahibi olmağı üstün tutardım", - deyə Messi qeyd edib.
Lionel Messi Kataloniyanın "Barselona" klubunun yetirməsidir. O, əsas komandanın heyətində 2003–2021-ci illərdə çıxış edib. Bu müddət ərzində 835 oyunda meydana çıxan futbolçu 709 qol vurub.
Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, Argentina millisi ilə 2022-ci ildə dünya çempionluğunu qazanıb. O, həmçinin iki dəfə Amerika Kubokunu qazanıb və səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülüb.
Messi klub səviyyəsində "Barselona" ilə 35, Argentina millisi ilə altı, Fransa təmsilçisi PSJ-də çıxış etdiyi dövrdə isə üç titul qazanıb.
Oxşar xəbərlər
Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi
Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempi...