Messi məşqçi olacaq? - Özü cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Argentinalı futbolçu Lionel Messi karyerasına məşqçi kimi davam edib-etməyəcəyinə aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, o, "ESPN Argentina"ya açıqlamasında bunu istəmədiyini deyib.
“Mən həmişə deyirdim ki, məşqçi olmaq istəmirəm. Bu mənim xoşuma gəlmir", - deyə Messi bildirib.
Xatırladaq ki, ulduz futbolçu 2003-2021-ci illərdə "Barselona"da çıxış edib.
Messi 2023-cü ilin yayında PSJ-dən "İnter Mayami"yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.
Bu mövsüm Messi MLS-də 12 oyun keçirib və 12 qol vurub.
2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. O, millinin heyətində 100-dən çox qol vurub.
Oxşar xəbərlər
Messi heyranı olduğu futbolçunun adını açıqladı
Argentina millisinin və Amerikanın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi həmyerlisi, keçmiş futbolçu Pablo Aymara heyran olduğunu etiraf edib. BAKU.WS...