Messi Argentina mediasını məhkəməyə verir
"İnter Mayami"nin argentinalı ulduzu Lionel Messi ölkəsinin bəzi media qurumlarına qarşı hüquqi tədbirlər görməyi planlaşdırır. Futbolçu hesab edir ki, atasının dəfn mərasimi zamanı ailəsinin şəxsi həyatına müdaxilə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə argentinalı jurnalist Fran Kasaretto "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Messi Xorxe Messi ilə vida mərasimində ailəsinin şəxsi həyat toxunulmazlığını pozduğunu düşündüyü Argentina media orqanlarına qarşı qanuni addımlar atacağını təsdiqləyib.
Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi ilə vida mərasimi avqustun 9-da keçirilib. Mərasim gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində təşkil olunub və ərazidə çox sayda mühafizəçi olub.
Məlumata görə, vida mərasimində yalnız ailə üzvləri iştirak edib.
Oxşar xəbərlər
İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi
UFC-nin yarımorta çəki dərəcəsində hazırkı çempionu İslam Maxaçev 2026-cı ilin "Qızıl top" mükafatına hansı futbolçunun daha layiq olduğunu açıqlayıb. BAKU.WS-i...