Messi 700-cü qolunu vurdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
PSJ-nin argentinalı hücumçusu Lionel Messi klub karyerasında 700-cü qolunu vurub.
BAKU.WS xəbər verir ki, 35 yaşlı futbolçu buna Fransa çempionatının 25-ci turu çərçivəsində "Marsel"lə səfər matçında nail olub.
Belə ki, 29-cu dəqiqədə Messi Kilian Mbappenin ötürməsini qola çevirərək parislilərin ikinci, özünün isə klub karyerasında 700-cü qolunu vurub.
Argentinalı forvard 2003-cü ildən 2021-ci ilə qədər karyerasının böyük hissəsini oynadığı "Barselona"da 672, PSJ-də isə 28 qol vurub.
Qeyd edək ki, PSJ "Marsel" üzərində 3:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Argentina millisi üçqat dünya çempionu olub - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub. Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub. Hesabı 23...