Messi 6-cı dəfə "İlin ən yaxşısı" oldu - Rekord göstərici
24
sen
2019
11:10
FİFA ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.BAKU.WS xəbər verir ki, Milanda keçirilən tədbirdə mükafat “Barselona”nın ulduzu Lionel Messi layiq görülüb.Bununla da Messi mütləq rekordçu olub. Belə ki, argentinalı hücumçu artıq 6-cı dəfədir (2009, 2010, 2011, 2012, 2015, 2019) “İlin ən yaxşısı” seçilir.Digər namizədlər isə Kriştiano Ronaldo (“Yuventus”) və Vircil van Deyk (“Liverpul”) olub.
Digər nominasiyalar üzrə qaliblər isə aşağıdakı kimidir:İlin ən yaxşı məşqçisi - Yurgen Klopp (“Liverpul”)İlin ən yaxşı qapışısı - Alisson Bekker (“Liverpul”)Ən yaxşı qadın futbolçu - Meqan Rapinoe (ABŞ, “Reyg”)
İlin rəmzi komandası:Qapıçı: Alisson Bekker;Müdafiəçilər: Mateys de Liqt, Serxio Ramos, Vircil van Deyk, MarseloYarımmüdafiəçilər: Luka Modriç, Frenki de Yonq, Eden AzarHücumçular: Lionel Messi, Kriştiano Ronaldo, Killian Mbappe.
Oxşar xəbərlər
İlin ən yaxşı 11 futbolçusu onların arasında seçiləcək - SİYAHI
FİFA 2019-cu ilin rəmzi komandasına namizəd futbolçuları açıqlayıb.BAKU.WS xəbər verir ki, siyahıda 55 oyunçu yer alıb.Onların arasından 1 qapıçı, 4 müdafiəçi,...