Məşhur idmançımız baş məşqçi postundan imtina etdi - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Bəxtiyar Abbasov döyüş sambosu üzrə baş məşqçi vəzifəsindən ayrılıb.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.
“Baş məşqçi olacağım halda döyüş sambosunda çıxışım mümkün olmayacaqdı. Mən də hələ idmançı kimi sözümü güləşərək demək istəyirəm. Bu səbəbdən də federasiya prezidenti Ceyhun Məmmədova müraciət edib, işdən azad olunmağımı xahiş etdim. Sağ olsun ki, federasiya da bu xahişimi anlayışla qəbul etdi”.
Hazırda döyüş sambosu üzrə millimizin baş məşqçi postu boşdur.
Qeyd edək ki, Bəxtiyar Abbasov avqustun 6-da Azərbaycan Sambo Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu.
Oxşar xəbərlər
“Pantera” Tünzalə: O qızla videom “Tik Tok”da 6 milyon baxış yığdı - FOTO
Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlının Oxu.Az saytına müsahibəsi: – Sizi tanımayan oxucularımıza özünüz barədə məlumat verin... – Biləsuvarda anadan...