Məşhur futbolçunu ailəsinin gözü qarşısında boynunu kəmərlə bağlayaraq döydülər
Yeniliklərdən dərhal xəbərdar olun
“Benfika”da forma geyinən ulduz müdafiəçi Nikolas Otamendi ailəsinin gözü qarşısında oğruların hücumuna məruz qalıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 4 oğru bazar ertəsi səhər argentinalı futbolçunun evinə girib və ailəsinin gözü qarşısında boynunu kəmərlə bağladıqdan sonra onu döyüblər.
"Benfika" klubu baş verən hadisəni təsdiqləyib. Futbolçunun və ailəsinin səhhətinin yaxşı olduğu açıqlanıb. Oğruların uzun illər “Mançester Siti”də çıxış edən Otamendinin evindən pul və qiymətli əşyaları götürdüyü və hadisə yerindən qaçdığı bildirilib.
Portuqaliya polisi hadisə ilə bağlı araşdırma aparır.
Oxşar xəbərlər
Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq, İrlandiya və Portuqaliya ilə keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb. BAKU.W...