Medinanın son durumu bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumu müəyyənləşib.
BAKU.WS xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçi ən azı bir ay meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, Medina Çempionlar Liqasınının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la oyunları, eləcə də qarşıdakı pley-off matçlarını (ÇL, və ya Avroliqada) buraxacaq.
Medina nəzərdə tutulan bir ay ərzində təkrar müayinədən keçəcək.
Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində "Sürix"lə səfər matçında zədələnib.
Oxşar xəbərlər
“Qarabağ”dan qələbə (YENİLƏNİB)
Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşıb. Komandamız ardıcıl yeddinci dəfə Avropa Liqasının qrup mərhə...