Mədət Quliyev: "İslamiadada velosipedçilərimizin hamısı finişə çatıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz bu yarışlara inkişaf kimi baxırıq və fikirləşirik ki, bu, dərs prosesidir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev yerli idmançıların Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarındakı çıxışı barədə danışarkən deyib.
O, göstəricilərin çox yüksək olduğunu bildirib: "Bilirsiniz ki, velosiped yarışı bir az ağırdır. Burada starta çıxanların hamısı finişə çatmır. Bizim idmançılarımızın isə hamısı finişə çatıb".
M.Quliyev əsas hədəflərinin Olimpiya, dünya və Avropa çempionluğu olduğunu söyləyib: "Bunun yolu var və biz də bu yolda gedirik".
Qeyd edək ki, İslamiadada çıxış edən Azərbaycan velosipedçiləri hələlik medal qazana bilməyiblər.
Oxşar xəbərlər
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI
Azərbaycan dövləti beyxənxalq yarışlarda üçrəngli bayrağımızı qaldıran idmançılara hər zaman yüksək dəyər verib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən st...