Maykl Cordanın ayaqqabıları rekord qiymətə satıldı

Maykl Cordanın ayaqqabıları rekord qiymətə satıldı
İdman 174

Əfsanəvi basketbolçu Maykl Cordanın idman ayaqqabısı hərracda rekord qiymətə alınıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, hərrac evinin təxminlərinə görə, 2 ilə 4 milyon dollar arasında satılmalı olan imzalı ayaqqabılar Cordanın hərracda satılan ən bahalı əşyaları arasında olub.

Belə ki, ayaqqabı 2,2 milyon dollara satılıb.

Məlumata görə, Cordanın ayaqqabılarının əvvəlki rekord qiyməti 1,47 milyon dollar idi.

Qeyd edək ki, basketbolçunun 1998-ci ildə NBA finalında geyindiyi forma keçən il 10,1 milyon dollara satılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər