NBA-da ilk milyarder basketbolçunun adı məlum oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur amerikalı basketbolçu, ikiqat olimpiya çempionu LeBron Ceymsin sərvəti 1 milyard dollar olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Forbes" jurnalının ekspertləri bildirir ki, 37 yaşlı basketbolçu bir ilə 121.2 milyon dollar qazanaraq bu sərvətə çatıb.
Los Angeles Lakers komandasının üzvü bu qədər sərvətə malik ilk Milli Basketbol Assosiasiyası (NBA) oyunçusudur.
Qeyd edək ki, Milli Basketbol Assosiasiyasının yalnız bir oyunçusu - əfsanəvi Maykl Cordan 1 milyard dollar sərvətə çatsa da o, təqaüdə çıxdıqdan 11 il sonra yəni 2014-cü ildə bu qədər pul qazana bilib.
Beləliklə, Ceyms NBA-da milyarderlər siyahısına düşən ilk aktiv oyunçu olub.
LeBron ABŞ komandası ilə dördqat NBA çempionu və ikiqat Olimpiya çempionudur.
Qalereya
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...