Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

"Olimpiakos"un yeni transferi Marselo Yunanıstan təmsilçisindəki ilk oyununu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı keçirə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.
Baş məşqçi Miçel Qonsales braziliyalı ulduz futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.
Marselonun oktyabrın 2-də "Atromitos"a qarşı Yunanıstan Super Liqasının VI tur matçında meydana çıxacağı gözlənilmir.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Millimiz Qazaxıstanı darmadağın etdi - 3:0 - YENİLƏNİB
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. BAKU.WS xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liq...
