"Marsel" "Qarabağ"la oyunöncəsi "Arsenal"ın müdafiəçisi ilə anlaşdı

Marsel Qarabağla oyunöncəsi Arsenalın müdafiəçisi ilə anlaşdı
İdman 104

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i daha bir futbolçu ilə anlaşıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, bosniya və herseqovinalı müdafiəçi Sead Kolaşinatsla danışıqlar yekunlaşmaq üzrədir. Müqavilə ilə İngiltərə "Arsenal"ına məxsus olan və cari mövsümün ilk yarısını Almaniyanın "Şalke" komandasında keçirmiş 29 yaşlı oyunçunun özü də Liqa 1 təmsilçisində çıxış etməkdə maraqlıdır.

Fransa klubu daha əvvəl konqolu hücumçu Sedrik Bakambu ilə razılıq əldə edib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Oxşar xəbərlər

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq, İrlandiya və Portuqaliya ilə keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb. BAKU.W...

172 İdman 22:00 27 avqust 2021

Son xəbərlər