“Mançester Yunayted”in hücumçusu həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud sevgilisi Herriet Robsona təcavüzdə şübhəli bilinərək həbs olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Böyük Mançester polisi rəsmi internet saytında adı açıqlanmayan qızı döyməkdə və zorlamaqda şübhəli bilinən 20 yaşlı gəncin həbs edildiyini açıqlayıb.
“O, sorğu-sual edilmək üçün həbsdə saxlanılır. İstintaq davam edir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün H.Robson zorakılığa məruz qaldığını iddia edərək sosial şəbəkədə üzündə, qollarında və ayaqlarında göyərmələri əks etdirən fotolar paylaşmışdı.
Qeyd edək ki, 2018-ci ildən əsas komandada çıxış edən Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. Hücumçu cari mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Millimizin hücumçusu: "Hədəfim daha iddialı komandaya keçməkdir"
"Azərbaycana gələnədək bu ölkənin futbolu barədə heç nə bilmirdim. Amma "Sumqayıt"a keçdikdən sonra ölkəyə və onun futboluna baxışım dəyişdi". BAKU.WS "Report"a...