"Mançester Yunayted" yeni qapıçı ilə anlaşdı
"Mançester Yunayted" "Antverpen" klubu ilə qapıçı Senne Lammensin transferi ilə bağlı 21 milyon avro və bonuslar qarşılığında razılaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə nüfuzlu jurnalist və insayder David Ornşteyn "X" sosial şəbəkəsində yazıb.
Bildirilib ki, belçikalı qolkiperin "Manikunyanlar"la müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulur.
Lammens 2023-cü ilin yayından "Royal Antwerp FC"də çıxış edir. Ötən mövsüm qapıçı bütün turnirlərdə 44 matçda iştirak edib, bunun 10-da qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb.
Nüfuzlu "Transfermarkt" internet portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 9 milyon avrodur.
Oxşar xəbərlər
FIFA-dan irqçiliyə qarşı sərt addım: Bir hərəkət matçı yarımçıq qoya bilər
Futbol üzrə dünya çempionatında hakimlərin diqqətini irqçilik hallarına cəlb etmək üçün xüsusi jest tətbiq olunacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...