"Mançester Siti qanın qoxusunu alır"
İngiltərə Premyer Liqasında çempionluq yarışı getdikcə daha da gərginləşir. "Mançester Siti" klubunun "Çelsi" üzərində 3:0 hesablı inamlı qələbəsindən sonra sabiq futbolçu Hari Nevil maraqlı açıqlama ilə çıxış edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Nevillin fikrincə, çempionluq mübarizəsində həlledici məqam artıq çox yaxındadır:
"Arsenal diqqətini növbəti bazar günü "Mançester Siti" ilə oyuna yönəltməlidir. Onlar artıq gələn həftə çempion ola bilərlər - bu, çoxlarının danışdığı mövzu deyil, amma reallıqdır. Hamı düşünür ki, "Siti" fərqi üç xala endirəcək, lakin "Arsenal" 22 ildən sonra ilk titulunu qazana bilər."
Nevil vurğulayıb ki, qarşıdakı birbaşa qarşılaşma mövsümün taleyini müəyyən edə bilər:
"Bizi çox vacib oyun gözləyir. "Mançester Siti" qanın qoxusunu alır və bu böyük oyuna hazırlaşmaq üçün onların bütöv bir həftəsi var. Mövsümün elə mərhələsindəyik ki, hər oyun həlledici əhəmiyyət daşıyır".
Ekspert əlavə edib ki, "şəhərlilər" təkcə qələbə qazanmaqla kifayətlənməyib, həm də meydanda özünəinam və dominant oyun nümayiş etdiriblər:
"Onlar "Arsenal"a mesaj göndərdilər - yalnız qalib gəlmədilər, bunu çox inamlı etdilər. Komandada özünəinam və bir qədər də dominantlıq hiss olunur. Onlar artıq çempionluq yarışındadır və "Arsenal"ın nəfəsini ensəsində hiss etdirirlər".
Hazırda "Mançester Siti" bu qələbə sayəsində lider "Arsenal" ilə xal fərqini 6-ya endirib və ehtiyatda bir oyunu da var. Komandalar arasında həlledici qarşılaşma isə 19 aprel tarixində baş tutacaq.
Oxşar xəbərlər
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək
Aprelin 17-19-u aralığında Bakı keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku, "AGF Trophy" beynəlxalq turnirində 40-dan çox ölkə iştirak edəcək. BAKU.WS xəbər...