Mahir Emreli "The Sun"ın manşetində - FOTO

Mahir Emreli The Sunın manşetində - FOTO
Foto
İdman 387

İngiltərənin dünyaca məşhur "The Sun" qəzeti yığmamız və Varşavanın "Legia" klubunun hücumçusu Mahir Emreliyə məqalə həsr edib.

BAKU.WS-in məlumatına görə, Mahirə həsr edilmiş məqalə qəzetin manşetində yer alıb.

Qeyd edək ki, Mahir Emreli ötən gün Varşavada Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Legia"-"Lester Siti" qarşılaşmasında ev sahiblərinə qələbə gətirən yeganə qolun müəllifi olmuşdu. "Legia" "Lester", "Napoli" və "Spartak" (Moskva) klublarının yer aldığı qrupda 6 xalla liderlik edir. Mahir bu mövsüm heyətinə qatıldığı "Legia"nın forması ilə çıxdığı 18 qarşılaşmada 10 qol vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər