Mahir Emrelinin komandası "Spartak"a qalib gəldi

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.
Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gəlib. "Spartak" stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati vurub.
Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. 24 yaşlı hücumçu 77-ci dəqiqədə fərqlənmək üçün yaxşı fürsət yaxalasa da, başla vurduğu top dirəyə dəyərək qapı xəttini tərk edib.
Qeyd edək ki, C qrupunun digər oyununda İngiltərə "Lester"i İtaliya "Napoli"sini qəbul edəcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...
