Mahir Emreli "Konyaspor"da debüt edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunda debüt edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu "Afyonspor"a qarşı yoldaşlıq oyununda meydana çıxıb.
Emreli matça start heyətdə başlayıb və ikinci hissə əvəzlənib.
Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş ölkədəki zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayıb.
Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.
Oxşar xəbərlər
Mahir Emreli "Qarabağ"a qayıtması barədə DANIŞDI - MÜSAHİBƏ
Azərbaycanlı futbolçu Mahir Emreli peşəkar karyerasına hazırda fəaliyyətini davam etdirməyən “Bakı” klubunda başlayıb. Daha sonra “Qarabağ”a keçən hücumçu Ağdam...