Mahir Emreli “Dinamo”nun 2024-cü ildəki ilk məşqində iştirak etməyib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun 2024-cü ildəki ilk məşqinə qatılmayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “Dinamo” klubunun rəsmi “YouTube” kanalında yayımlanan son videoda Zaqreb klubunun bütün aparıcı futbolçularının məşqdə olduğu müşahidə edilsə də, millimizin hücumçusu gözə dəyməyib.
Xatırladaq ki, Xorvatiya mətbuatı artıq bir müddətdir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelini “Dinamo”nun transferə çıxaracağını yazıb.Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Mahir Emrelidir. İddia olunur ki, 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil.
Oxşar xəbərlər
Xorvatiyada iz qoymaq istəyən Mahir Emreli: “Bura ehtiyat oyunçular skamyasında kubok qaldırmağa gəlməmişəm”
Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli “Sportske” nəşrinə müsahibə verib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ötən mövsümü icarə əsasın...