Mahir Emreli "Dinamo"da 2-ci qolunu vurdu, komandası qələbə qazandı - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti oyununu keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu 1-ci Liqanın XXXI turunda "İstra" ilə ev matçının iştirakçısı olub.
Meydana start heyətində çıxan forvard 50-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb. O, 72-ci dəqiqədə Bruno Petkoviçlə əvəzlənib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər iki qolu 8-ci və 45+1-ci dəqiqələrdə Mislav Orşiç vurub.
Beləliklə, "Dinamo" bu qələbədən sonra xallarını 66-ya çatdıraraq zirvədəki yerini möhkəmləndirib. 26 xalı olan "İstra" isə 9-cu sırada qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli XXX turda "Riyeka"ya qarşı çempionat matçında da fərqlənib.
Oxşar xəbərlər
"Qarabağ" mövsümün ən böyük hesablı qalibiyyətini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, çempionatın lideri "Qarabağ" "Şamaxı"...