Zaqreb "Dinamo"su Emreli ilə növbəti qələbəsini qazandı

Zaqreb Dinamosu Emreli ilə növbəti qələbəsini qazandı
İdman 135

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti oyununu keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu evdə "Draqovolyats"a 2:0 hesabı ilə qalib gəldikləri XXIX tur matçında forma geyinib. Oyuna ehtiyatda başlayan Emreli 70-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub. 77-ci dəqiqədə o, fərqlənməyə yaxın olsa da, qüvvətli zərbəsini rəqib qapıçı dəf edə bilib.

Hesabı 46-cı dəqiqədə Komnen Andriç açıb. 81-ci dəqiqədə isə "Draqovolyats"ın futbolçusu İvan Smolçiç topu avtoqol edib.

Bununla da 28 oyundan sonra xalını 60-a çatdıran "Dinamo" birinci pillədə yer alıb. Zaqreb komandasının ehtiyatda bir matçı da var.

Son xəbərlər