Mahir Emreli baş məşqçisini aldadıb - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
"Dinamo"nun ( Zaqreb ) baş məşqçisi Jelko Kopiç Mahir Emrelinin haqda danışıb.
BAKU.WS Offsideplus.az-a istinadən xəbər verir ki, o, yerli mətbuata 25 yaşlı hücumçu haqda bunları deyib: "Emreli bizə tam hazırlıqsız gəldi. O, koronavirusun ağır formasını keçirdi. Meydana çıxmamağının səbəbi bu idi. "Hayduk"la matçda baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, onu əsas heyətdə oynatdım, lakin ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi. Yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik".
Təcrübəli mütəxəssis Emrelinin ondan zədəsini gizlətmək istədiyini bildirib: "Mahirdən zədəli olduğunu niyə demədiyini soruşdum. O, komandaya gücləndirici kimi gəldiyini və ondan çox şey gözlənildiyini dedi. Derbi oyunu olduğu üçün stadion dolu idi və Emreli buna görə kömək etmək istədiyini söylədi".
Oxşar xəbərlər
"Dinamo"nun baş məşqçisi derbidə Mahir Emreliyə şans verəcək
"Mahir bütün oyunçularla eyni statusdadır və mən şənbə günü derbidə ona şans verəcəyəm". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo"...