"Dinamo"nun baş məşqçisi derbidə Mahir Emreliyə şans verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Mahir bütün oyunçularla eyni statusdadır və mən şənbə günü derbidə ona şans verəcəyəm".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç "Hayduk"a qarşı keçirəcəkləri I liqanın oyunundan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Mahir Emrelinin keyfiyyətli futbolçu olduğunu bildirib: "Bura yeni gələndə heç də yaxşı formada deyildi. Çünki uzun müddət komanda ilə məşqlərdən, oyunlardan kənar qalmışdı. Mən ona şans verə biləcəyim an axtarırdım. Düzdür, çox oyun buraxır. Amma mənim üçün hər bir futbolçu eynidir".
Qeyd edək ki, martın 12-də keçiriləcək "Hayduk" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
"Sevilya"nın baş məşqçisi Mahir Emrelini təhlükəli futbolçu adlandırdı
İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xulen Lopetegi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelini...