Luis Enrike bu futbolçunu ağız dolusu tərifləyib
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının portuqaliyalı yarımmüdafiəçisi Vitinya haqqında danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Footmercato" nəşri yazıb.
"Futbolçuları qiymətləndirməyi çox sevirsiniz. Əgər Vitinyanın səviyyəsini qiymətləndirmək istəyirsinizsə, onun əvvəlki mövsümlərinə, necə dəyişdiyinə, necə hücum etdiyimizə və oyunlarımızı necə keçirdiyimizə baxmaq lazımdır.
Futbol oynamağı sevən belə bir futbolçunun komandada olması çox yaxşıdır. O, dünya səviyyəli futbolçu olan Busketsdən xeyli fərqlənir. Vitinya isə şübhəsiz ki, dünya səviyyəli oyunçudur. Biz məşqçi heyəti olaraq Vitinyanı tapmaqla böyük iş gördük. O, komanda üçün çox pozitiv təsir yaradır və eyni zamanda komanda oyunçusudur", – deyə Luis Enrike əlavə edib.
Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda PSJ-nin "Tottenhem"i 5:3 hesabı ilə məğlub etdiyi qarşılaşmada Vitinya het-trik edib.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Dinamo"ya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"
"Neftçi"nin futbolçuları Dinamo"ya qalib gəlmək üçün əllərindən gələni edəcəklər. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi...