"Liverpul" Salahın yerinə 100 milyon avroluq transfer planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Liverpul" klubu mövsümün sonunda komandadan ayrılacağı açıqlanan Mohamed Salahın əvəzini doldurmaq üçün yeni hücumçu axtarır.
BAKU.WS xəbər verir ki, klubun Almaniyanın "RB Leipzig" komandasının futbolçusu Yan Diomande ilə maraqlandığı bildirilir.
"Sky Germany"nin məlumatına görə, "Liverpul" Salahın yerini məhz 19 yaşlı Fildişi Sahili futbolçusu Yan Diomande ilə doldurmağı nəzərdən keçirir. Eyni zamanda "RB Leipzig" gənc futbolçunu komandada saxlamaq üçün onun maaşının artırılmasını planlaşdırır.
Məlumata əsasən, Almaniya klubu futbolçu üçün 100 milyon avro qiymət müəyyən edib.
Diomande bu mövsüm "RB Leipzig" forması ilə 32 rəsmi oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...