"Liverpul" Salahı itirməyə çox yaxındır

Liverpul Salahı itirməyə çox yaxındır
İdman 65

Mohamed Salah "Liverpul"u tərk edə bilər. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, top-klublar liderlərlə müqavilələri əvvəlcədən yeniləyirlər. Amma Mohamedlə vəziyyət başqadır.

Belə ki, bu ilin sentyabr ayının əvvəlində Salahın özü bu barədə düşüncələrini bölüşüb. O bildirib ki, yaxın aylarda klub rəhbərliyi misirli ilə 2025-ci ilin yayında başa çatacaq müqavilənin uzadılması imkanını müzakirə edəcək.

Qeyd olunub ki, Mohamed "Liverpul"da qalmaq istəyir, baş məşqçi Arne Slot da liderdən razıdır. Bir qədər sonra jurnalist Ekrem Konur klubun 2029-cu ilə qədər müqavilə bağlamağı planlaşdırdığını bildirib. "Liverpul" Salahla potensial azad agent transferi ilə bağlı vəziyyəti müzakirə edib və mövqelərini açıqlayıb. Klub futbolçunu 2025-ci ilin yanvarında satmaq niyyətində deyil və onun komandada qalması üçün əlindən gələni edəcək. Salah "Liverpul"da xoşbəxtdir və başqa kluba transferə üstünlük vermir, baxmayaraq ki, sərfəli təklif (Səudiyyə Ərəbistanından) onun qərarını dəyişə bilər.

Oktyabrda "Liverpul"un baş məşqçisi Arne Slot həm Salahın, həm də digər liderlərin - Vircil van Deyk və Trent Alexander-Arnoldun (onların müqavilələri də 2025-ci ilin yayında başa çatır) gələcəyi ilə bağlı konkret məlumat verməyib.

Mohamed Salah Avropanın 2024/2025 mövsümünün ən yaxşı futbolçularından biridir. Mövsümün 18 matçında 32 yaşlı forvard 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

Son xəbərlər