Leandro Andrade: "Kopenhagen"lə matç "Qarabağ" üçün çox vacibdir"
"Kopenhagen"lə matç "Qarabağ" üçün çox vacibdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade mətbuat konfransında deyib.
Yarımmüdafiəçi Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bizim üçün çox vacib matçdır".
Oyunçu stadionun onlar üçün çox münasib olduğunu söyləyib:
"Meydanda bacardığımızı etməyə çalışacağıq. Rəqib əla komandadır. Çempionlar Liqasında zəif klub yoxdur. Qalibiyyət üçün hər şey edəcəyik. Tam olaraq bu görüşə
köklənmişik".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, qarşılaşmalar 3–10 aprel tarixləri aralı...