Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub
Türkmənistanlı mütəxəssis Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onunla "2+1" illik müqavilə bağlanıb.
Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.
PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.
Oxşar xəbərlər
Dünya futbolunun gənc istedadları bəlli oldu
İngiltərənin "The Guardian" qəzeti "2006-cı il təvəllüdlü ən yaxşı gənc istedadlar"ın siyahısını dərc edib. BAKU.WS sözügedən siyahını təqdim edir. Muslem Anatu...