Kloppla bağlı sual Qvardiolanı göz yaşlarına boğdu

Kloppla bağlı sual Qvardiolanı göz yaşlarına boğdu
İdman 114

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Yurgen Kloppun "Liverpul"dan ayrılması ilə bağlı sualdan sonra göz yaşlarını saxlaya bilməyib.

Bu barədə BAKU.WS xarici mediaya istinadən xəbər verir.

Görüntülər İngiltərə Premyer Liqasının 38-ci turunun "Vest Hem Yunayted"lə oyunundan (3:1) sonra mətbuat konfransında qeydə alınıb.

"Onun üçün çox darıxacağam... Yurgen Klopp həqiqətən həyatımın vacib hissəsi idi. O, məni məşqçi kimi növbəti mərhələyə daşıyıb. Bir-birimizə inanılmaz hörmətimiz var", - deyə Pep bildirib.

Xatırladaq ki, Arne Slotun "Liverpul"da Yurgen Kloppu əvəzləyəcəyi açıqlanıb. Məlumata görə, o "qıırmızılar"la 2027-ci ilə qədər müqavilə imzalayıb.

Son xəbərlər