"Liverpul" Yurgen Kloppun müqaviləsini uzatdı

Liverpul Yurgen Kloppun müqaviləsini uzatdı
İdman 45

İngiltərə "Liverpul"u baş məşqçisi Yurgen Kloppla yeni müqavilə imzalayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.

Xəbər Mersisayd təmsilçisinin tviter hesabında Kloppun çəkdiyi video ilə paylaşılıb.

Təəssüratlarını bölüşən 55 yaşlı baş məşqçi "Liverpul"a aşiq olduğunu bildirib: "Burada özümü yaxşı hiss edirəm. Buna görə çox şanslıyam".

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Klub onun başçılığı altında İngiltərə Premyer Liqasını, Liqa Kubokunu, UEFA Çempionlar Liqasını və Superkubokunu, həmçinin klublararası dünya çempionatını qazanıb.

Son xəbərlər