Keniyalı atlet 27 illik rekordu təzələdi
Keniyalı qaçışçı Emmanuel Vanyoni Monakoda keçirilən yüngül atletika üzrə "Brilliant Liqa" mərhələsində 1 000 metr məsafəyə qaçışda dünya rekordu müəyyənləşdirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, idmançı 2 dəqiqə 11.83 saniyəlik nəticə göstərərək, həmvətəni Noa Nqeninin 1999-cu ildən bəri qorunub saxlanılan 2 dəqiqə 11.96 saniyəlik əvvəlki dünya rekordunu yeniləyib.
Qeyd edək ki, 1 000 metr məsafəyə qaçış irimiqyaslı turnirlərdə nadir hallarda medal sıralamasına daxil edilir və Olimpiya Oyunlarının, yaxud dünya çempionatlarının proqramında yer almır.
Xatırladaq ki, Emmanuel Vanyoni 800 metr məsafəyə qaçışda 2024-cü il Olimpiya çempionu və 2025-ci ilin dünya çempionudur.
Oxşar xəbərlər
"Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir
İtaliyanın "Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir. BAKU.WS report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi müqavi...