"Karvan-Yevlax" son dəqiqələrdə qələbəni əldən verdi
Misli Premyer Liqasında 2025/2026 mövsümünün son matçında "Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib.
BAKU.WS xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.
Yevlax təmsilçisindən qolu 28-ci dəqiqədə Peter Kinqs vurub. "İmişli"nin heyətində isə Dioqo Kardozu 90+5-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra "İmişli" 34 xalla 9-cu yeri tutub. 15 xala malik "Karvan-Yevlax" isə 12-ci olub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.
Oxşar xəbərlər
Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt" üzərində qələbədən sonra fikirlərini bölüşüb. BAKU.WS Oxu.Az-a isti...