Karlo Ançelottidən Arda Gülərə tərif: "Şübhə yoxdur..."
Yeniliklərdən dərhal xəbərdar olun
La Liqanın 28-ci həftəsində “Real Madrid” doğma meydanda “Selta Viqo”nu qəbul edib və Türkiyə millisinin futbolçusu Arda Gülər ilk qolunu vurub.
BAKU.WS xəbər verir ki, 89-cu dəqiqədə Vinisius Jr-ı əvəzləyən Arda Gülər 90+4-də toru silkələyib.
Karlo Ançelotti matçdan sonra gənc ulduzlarını tərifləyib:
"Arda hələ ki qısa oyun vaxtı əldə edir, lakin o, nəyə qadir olduğunu göstərdi. Böyük istedada sahibdir. O, uzun bir yol qət edib və güclü tərəfləri ilə oynayır. Onun gələcəyi buradadır, buna heç bir şübhə yoxdur".
Qeyd edək ki, "Bənövşəyi-ağlar" matçdan 4-0 üstünlüklə ayrılıb.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...