İkardi ilə bağlı "Qalatasaray" azarkeşlərini sevindirəcək xəbər

İkardi ilə bağlı Qalatasaray azarkeşlərini sevindirəcək xəbər
İdman 1

Türkiyə Super Liqası çərçivəsində çıxdığı "Beşiktaş"la matçda zədələnən Mauro İkardinin vəziyyəti yaxşılaşır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 3 oyundur meydana iynə vuraraq çıxan argentinalı "Bayern" (Münhen) və "Hatayspor"la matçdan sonra istirahətə yollanacaq.

Xüsusi icazə veriləcək ulduzun komandaya qayıdana qədər tam sağalması gözlənilir. Təcrübəli hücumçu tam hazır olmasa, Okan Buruk onu riskə atmayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər