Kadi Borges: "Benfika"ya qarşı ciddi hazırlaşmışıq
"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Benfika" ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxış edib.
BAKU.WS-in məlumatına görə, braziliyalı futbolçu bildirib ki, komandada hər kəs uzun müddətdir əsas mərhələdə oynamağı arzulayırdı:
"Bir neçə dəfə Çempionlar Liqasının pley-offuna qədər irəliləmişdik, amma əsas mərhələyə yüksəlmək nəsib olmurdu. İndi isə bu, bizim üçün möhtəşəm hissdir. İnanıram ki, sabah ən yaxşı oyunumuzu göstərəcəyik. Komandamız hər il avrokubokların Liqa mərhələlərində çıxış edir, bu da bizə təcrübə qazandırır. "Benfika"nı yaxşı təhlil etmişik və uğurlu nəticəyə ümid edirik".
Kadi həmçinin rəqibin güclü heyətinə qarşı ciddi hazırlaşdıqlarını vurğulayıb və əlavə edib ki, "Qarabağ" öz oyun fəlsəfəsinə sadiq qalaraq meydanda layiqli mübarizə aparacaq.
Oxşar xəbərlər
AFFA Premyer Liqanın XXXIII turundan sonra 4 klubu cərimələyib
AFFA Misli Premyer Liqasının XXXIII turundan sonra 4 klubu cərimələyib. BAKU.WS xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olun...