Joze Mourinyonun təriflədiyi türkiyəli hakim danışdı

Joze Mourinyonun təriflədiyi türkiyəli hakim danışdı
İdman 33

Türkiyə Superliqasınln 4-cü həftəsində öz meydanında "Alanyaspor"u qəbul edən "Fənərbağça" matçda 3:0 hesabı ilə qalib gəlib.

BAKU.WS xəbər verir ki, qarşılaşmadan sonra "sarı-göylü" klubun çalışdırıcısı Joze Mourinyo matçın baş hakimi Mehmet Türkmen haqqında "Hakimin 30 yaşı var, çox yüksək səviyyədədir. Onu həqiqətən təbrik edirəm" deyib.

O, aşağıdakı ifadələri işlədib.

Mehmet Türkmen Joze Mourinyonun onun haqqında söylədiyi sözlərlə bağlı Beyaz TV-yə danışıb.

Joze Mourinyonun dünya futbolunun ən önəmli adlarından biri olduğunu qeyd edən gənc hakim, "Ondan yaxşı sözlər eşitmək hər kəsi sevindirir. Təkcə Mourinyodan deyil, türk futbolunun bir çox adından eşitdiyim sözlər məni çox sevindirir. Bu 90 dəqiqəni o insanlarla bölüşmək çox xoşdur".

Mehmet Türkmen karyera hədəfləri ilə bağlı sualı belə cavablandırıb:

"Bir hakim olaraq türk hakimliyini, ailəmi və dostlarımı dünya futbolunda təmsil etmək istəyirəm. Bunun üçün əlimdən gələni etməyə çalışıram. Özəl fizioterapevtlər, psixoloqlarla işləyirəm. İstəyirəm ki, türk hakimlik dünya futbolunda öz yerini tutsun. Çempionlar Liqasının finalını və Dünya Kubokunun finalını idarə etmək istərdim".

Son xəbərlər