"İstefa verməmişəm" - Samir Abasov
24
noy
2025
15:55
"İstefa verməmişəm, hazırda "Neftçi"nin baş məşqçisiyəm".
BAKU.WS xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında "Neftçi"nin baş məşqçisi postundan ayrıldığı barədə xəbərlər yayılan Samir Abasov deyib.
Çalışdırıcı Bakı klubundan istefa vermədiyini bildirib: "Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam".
S.Abasov komandasının "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşmədiyini də sözlərinə əlavə edib: "Heç bir görüşümüz olmayıb. Ümumiyyətlə, komanda barədə danışmamışıq".
Oxşar xəbərlər
Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi"
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Eldəniz Əzizlinin qızıl medal qazanacağına inam böyük olub. BAKU.WS xəbər verir ki, bunu "Report"a...