İqnasio Baxamondes: "Fiziyevdən daha yaxşıyam"
"Mənə Fiziyev kimi rəqibin düşməyindən məmnunam".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Rafael Fiziyevin rəqibi İqnasio Baxamondes Bakıda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, döşəyin mərkəzində döyüş aparmağa çalışacaq:
"Fiziyevlə ayaqüstə döyüşməyə çalışacam. Onun döyüşü parterə aparmaq planına mane olacam. Fiziyevin bir çox döyüşlərinə baxmışam. Onun zəif cəhətlərindən danışmaq istəmirəm, çünki o yüksək səviyyəli döyüşçüdur. Amma mən ondan da yaxşıyam".
"Mən üç raundluq döyüşə hazıram. Tamaşaçılara üç raundluq döyüş nümayiş etdirmək istəyirəm. Məqsədim bu raundlar ərzində Fiziyev üzərində dominantlıq etməkdir", - deyə İqnasio bildirib.
Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, "Baku Crystall Hall"da təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.
Oxşar xəbərlər
Valdas Dambrauskas: "KuPS"la matçda qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Finlandiya təmsilçisi "KuPS"la matçda qol fürsətlərini boşa xərclədikləri üçün məyusdur. BAKU.WS "Report"a istinadən x...