Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun ortağı ola bilər
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu 184 milyon avro borca görə satışa çıxarıla bilər. Komandanın ulduz futbolçusu Kriştiano Ronaldo isə klubun səhmlərinin 20 faizini əldə edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" nəşrinin məlumatlarına istinadən "The Touchline" sosial şəbəkə hesabı məlumat yayıb.
Məlumata görə, "Milan" və "Tuluza" klublarının sahibi olan "RedBird Capital Partners" investisiya şirkəti "Əl-Nəsr"ə mümkün investisiya yatırımları ilə bağlı danışıqlar aparır.
Bildirilir ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldo da klubun səhmlərinin 20 faizədək hissəsini almağı nəzərdən keçirə bilər. Bu halda futbolçu çıxış etdiyi komandanın həm oyunçusu, həm də ortaq sahibi ola bilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında cari mövsümün səkkiz turundan sonra "Əl-Nəsr" 19 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda lider "Əl-Hilal"dan 5 xal geri qalır.
Oxşar xəbərlər
"Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib. BAKU.WS xəbər verir ki, buna komandalar arasında keçirilmiş Misli Premyer Liqasının VIII tur...