"İmişli" klubu 7 qat Türkiyə çempionu "Trabzonspor"u Azərbaycana dəvət edib

İmişli klubu 7 qat Türkiyə çempionu Trabzonsporu Azərbaycana dəvət edib
İdman 15

"İmişli" klubu Türkiyənin 7 qat çempionu "Trabzonspor" komandasını Azərbaycana dəvət edib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Premyer Liqa təmsilçisində oyunların təşkili üzrə menecer kimi çalışan İlkin Əhmədov bildirib.

Türkiyə təmsilçisinin düşərgəsində təcrübə proqramında iştirak edən klub rəsmisi böyük təcrübə qazandıqlarını bildirib:

"Trabzonspor" klubunun bazasında olduq və müşahidələr apardıq. Orda komanda və futbolçular üçün yaradılan müasir şərait diqqətimizi çəkən məqamlardan oldu. Həqiqətən hər şey peşəkar şəkildə qurulub. Xüsusilə aşağı yaş qruplarından ibarət komandalara ayrılan diqqət nəzərimizdən qaçmadı. Hər şey gələcək üçün hesablanıb. Gördüklərimiz bizim üçün böyük təcrübə oldu. İnşallah, gələcəkdə aşağı yaş qruplarından ibarət komandalarımız üçün stadionumuz olsa, gördüklərimizi orada tədbiq etmək istəyərik. Xoş qonaqpərvərliyin qarşılığında onları Azərbaycana dəvət etdik. Düşünürük ki, yaxın günlərdə ölkəmizə təşrif buyuracaqlar. Bizi çox gözəl qarşıladılar. Demək olar, gün ərzində 5 saat bizimlə birgə idilər".

O, hazırda başqa komandalarla da danışıqların getdiyini və gələcəkdə digər klublarda da təcrübə keçmək barədə fikirlərin olduğunu bildirib:

"Trabzonspor"la 2 ilə yaxın idi ki, bu məsələni müzakirə edirdik. Vaxt məsələsi var idi və nəhayət, bu günlərə qismət oldu. Danışıq apardığımız komandalar var. İnşallah, gələcəkdə başqa klubların da bazasına səfər etməyi düşünürük".

Qeyd edək ki, Türkiyəyə səfər çərçivəsində İlkin Əhmədovla birgə komandanın meneceri Mədət Eminbəyli 5 günlük təcrübə proqramından yararlanıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər