İliya Topuriya rəqiblərinə sərt mesaj göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
UFC-nin ulduz döyüşçüsü İliya Topuriya potensial rəqibləri ilə bağlı kəskin açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, o, ilk olaraq İslam Maxaçevlə döyüşmək istədiyini bildirib və qarşılaşmanın baş tutmamasına dair UFC-ni tənqid edib:
"İslam məndən qaçmır. O da bu döyüşü istəyir, mən də istəyirəm. Sadəcə UFC bu qarşılaşmanı təşkil etmək istəmir".
Topuriya daha sonra Arman Tsarukyan barədə də sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, bu döyüş baş tutarsa, rəqibini ağır məğlubiyyət gözləyir:
"Armanı elə məğlub edəcəyəm ki, hamının qarşısında biabır olacaq. Dediyim hər şeyi sübut etmişəm və onun çənəsini qıracağımı deyirəm".
Döyüşçü Tsarukyanın güləş bacarığına da toxunaraq, oktaqonda üstünlük qazanacağını iddia edib:
"O, mənimlə döyüşəndə anlayacaq ki, danışmaq asandır. Məni yerə salmaq və orada saxlamaq çətindir. Orada fərqli səviyyə görəcək".
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...