İlahə Quliyeva və Cabir Əliyev Qazaxıstanda keçirilən Memorialda medal qazanıblar

İlahə Quliyeva və Cabir Əliyev Qazaxıstanda keçirilən Memorialda medal qazanıblar
Foto
İdman 9

Azərbaycan atletləri İlahə Quliyeva və Cabir Əliyev Qazaxıstanın Çimkənd şəhərində keçirilən atletika üzrə XXXV Qosanov Memorialında medal qazanıblar.

BAKU.WS xəbər verir ki, Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, 400 metr məsafəyə qaçışda yarışan İ.Quliyeva 55.18 saniyə nəticə ilə 2-ci yeri tutub.

Uzunluğa tullanma üzrə mübarizə aparan C.Əliyevin göstəricisi 7.38 metr olub. O, bu nəticə ilə 14 iştirakçı arasında 3-cü olub və bürünc medal qazanıb.

Qeyd edək ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 12 ölkəni təmsil edən 200-dən artıq idmançı iştirak edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər